Azərbaycanın çağdaş fikir tarixində öz dəsti-xətti və öz yolu olmuş «Təzadlar» qəzetinin aprelin 8-də 29 yaşı tamam olur.
Qəzetin özü haqda yazdıqlarının nöqtə və vergülünə toxunmadan təqdim edirik. Çünki insanı (qəzeti də ərsəyə gətirən insanlardır - red.) özündən yaxşı kimsə tanıya bilməz:
1993-cü ilin aprelin 8-də ilk sayı çapdan çıxan qəzet ötən dövrdə bütün çətinliklərə, məhkəmə süründürməçiliyinə və bəzi kənar təsirlərə- təzyiqlərə baxmayraq bu günədək dayanmadan nəşr olunmaqdadır.
29 ildir «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı ilə nəşr olunan qəzetin baş redaktoru Asif Mərzili 2009-cu ildə həbs ediləndə Prezident İlham Əliyevin bu həbsə sərt reaksiyasından sonra o, 2 gün sonra məhkəmə qərarı ilə həbsdən azad edilmişdir (ATƏT-in və «Human Rights Watch»ın illik hesabatında bu addım təqdir edilmiş, Azərbaycan Prezidentinə minnətdarlıq bildirilmişdir).
Qəzetin iki əməkdaşı-Asif Mərzili və Yasəmən Məmmədli 2020-ci ilin 44 günlük Zəfər müharibəsi günlərində Azərbaycan həqiqətlərini TRTAJANS xətti ilə (sədri Azərbaycansevər Salih Kurtdur) dünya mediasında yayımladıqlarına görə, Avropa Mətbuat Federasiyasının üzvü seçilmişlər (Azərbaycandan AMF-nin hələki yeganə üzvü olan jurnalistlərdir).
Qəzetin rəsmi saytı tezadlar.az ikinci dəfədir Medianın İnkişafı Agentliyinin müsabiqə layihələrində iştirak edir (qəzet keçmiş KİVDF-nin də ilk layihəsində qalib olmuşdur).
Qəzetin Xocalı faciəsi ilə bağlı məqaləsi 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatının Mərkəzi Kitabxanasının kataloquna salınmışdır".
Qaziler.az-ın baş redaktoru Rey Kərimoğlu və saytın kollektivi "Təzadlar" qəzetinin əməkdaşlarını 29 yaş günü münasibətilələ ürəkdən təbrik edir və həmkarlarımıza uğurlar arzulayırıq! 30 illik yubileyinizi dünyada müharibədən və pandemiyadan əsər-əlamət qalmayan gündə qeyd etməyinizi arzu edirik! Səmamız açıq, dünyamız aydın olsun!
Tanrı köməyiniz və köməyimiz olsun!