Əsgərin döyülməsi ilə bağlı araşdırma başladı

Əsgərin döyülməsi ilə bağlı araşdırma başladı backend

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. "Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir" ,- deyə F.Əliyev bildirib.

Diaspora