Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş VII atıcılıq turniri keçirəcək.
Xidmətdən Qaziler.az-a bildirilib ki, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-lərin rolunun artırılmasıdır. Turnir mayın 7-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayonundakı filialında keçiriləcək. Yarışda heyətində üç nəfərin yer aldığı KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələ üzrə təşkil ediləcək turnirdə birinci, ikinci və üçüncü yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kubok və diplomu ilə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyən hər bir komandanın heyəti haqqında məlumat aprelin 25-dək Xidmətin aparatına və yaxud [email protected] elektron ünvanına göndərilməlidir.