Bakı Media Mərkəzi yeni sənədli film çəkir

Bakı Media Mərkəzi yeni sənədli film çəkir backend

Bakı Media Mərkəzi "Qərib məzarlar" adlı layihə üzərində işləyir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan layihə əsasında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin taleyinə həsr olunmuş sənədli film hazırlanacaq. Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan film bu böyük şəxsiyyətlərin Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətindən bəhs edəcək.

Layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum edilmiş soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.
Diaspora