Vladanka Andreevadan Bakıdakı partlayışla bağlı paylaşım

Vladanka Andreevadan Bakıdakı partlayışla bağlı paylaşım backend

“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk”.

Qaziler.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tviterdə yazıb.

"Yaralıların tezliklə sağalmasını diləyirik", - Vladanka Andreeva qeyd edib.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Diaspora