Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi konfrans keçiriləcək

Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi konfrans keçiriləcək backend

Sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.


Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur. Konfransda Üzeyir Hacıbəyli yaradıcılığında klassik musiqi ənənələrinin və Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edən elmi məruzələr dinləniləcək. Daha sonra gənc ifaçıların repertuarında sənətkarın musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində bir sıra tədbirlərlə yanaşı, görkəmli sənətkara həsr olunmuş kamera konsertlərinin keçirilməsini də planlaşdırır.
Diaspora