Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 26-31 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 24-34 dərəcə isti olacaq.