“Azərbaycan Ordusunun mühəndis qoşunları 1992-ci ildə yaranmasına baxmayaraq, minatəmizləmə sahəsində son iki ildəki qədər kütləvi iş görməmiş, keçmiş Sovet İttifaqının anbarlarının təmizlənməsindən başqa digər minatəmizləmə işlərini yerinə yetirməmişdi”.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının rəisi, general-mayor Anar Kərimov deyib.
“Lakin 44 günlük müharibədən sonra mühəndis qoşunları öz döyüş tapşırığı ilə yanaşı humanitar minatəmizləməyə öz töhvəsini verməyə çalışıb. 10 noyabr 2020-ci ildən bugünədək 14470 hektar ərazi təmizlənərək 17 563 mina və digər partlamamamış sursatlar aşkarlanaraq məhv edilmişdir”.