"Azərbaycanda minatəmizləmə sahəsində çox böyük işlər görülür".
Ednews xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) britaniyalı məsləhətçisi David Hyuitson (David Hewitson) deyib.
Bu gün Bakıda minatəmizləmə mövzusunda keçirilən beynəlxalq konfransın böyük əhəmiyyət daşıdığını və vaxtında keçirildiyini qeyd edən ekspert bildirib: “Dövlət və ANAMA minatəmizləmə sahəsində çox böyük işlər görür. Bu konfrans ekspertləri bir yerə toplayaraq fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir”.