Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək? - RƏSMİ

Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək? - RƏSMİ backend

Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Lent.az-ın məlumatına görə, Konstitusiyanın 84 -cü maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabrın ilk bazar günü noyabrın 1-nə təsadüf edir.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Lent.az-a açıqlamasında deyib ki, seçkilərin vaxtı konstitusiya görə noyabrın birinci bazar günü olmalıdır: “Ancaq konstitusiyanın 109-cu maddəsinə əsasən, Milli Məclisə keçirilən seçkinin vaxtının təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir. Seçkilər rəsmi təyin olunduqdan sonra Mərkəzi Seçki Komissiyası iclas keçirəcək. Bundan sonra təqvim planı təsdiq olunacaq. Komissiya tərəfindən işçi qrupu təyin ediləcək. Bundan sonra bütün Kütləvi İnformasiya Vasitələrinə məlumat veriləcək”.
Diaspora