İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına yol verənlərə xəbərdarlıq etdi
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.
Lent.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən məlumatına görə, son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar üzrə də Dövlət Xidməti tərəfindən istehlak bazarında araşdırmalara artıq başlanılıb.
Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.