Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb

Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb backend

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

***

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

Diaspora