2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə bir sıra layihələrin icrasına başlanılıb.
Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov bu barədə AZƏRTAC-a məlumat verərək deyib ki, layihələrə dəstək məqsədilə yaradılan könüllülər akademiyası Bakı, Gəncə və digər şəhər və rayonlardan 200 nəfərədək gənci öz ətrafında birləşdirir. Bu gənclərin üzərinə düşən vəzifələrin ətraflı izahı məqsədilə təlimlərə başlanılacaq.”Könüllüyəm mən” adlı ilk təlim “Gəncə Avropa Gənclər Paytaxtı” və “Odlar Yurdu” gənclər ictimai birlikləri tərəfindən reallaşdırılacaq. Avqustun 25-dən 30-dək davam edəcək təlimdə 50 könüllünün iştirakı nəzərdə tutulur.