Milli Qəhrəmanın həyat yoldaşı işlə təmin edildi

Milli Qəhrəmanın həyat yoldaşı işlə təmin edildi backend

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı işlə təmin edilib. 

Ofelya Salmanova Bakı Şəhəri üzrə Təhsil İdarəsində işə qəbul olunub.

Nazirlikdən məlumat saytımıza təsdiq olunub. 

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib. (oxu.az)

Diaspora