Şimal bölgələrinə yenidən qar yağmağa başladı

Şimal bölgələrinə yenidən qar yağmağa başladı backend

Axşam saatlarında şimal bölgəsindəki rayonlara yenidən qar və sulu qarın yağdığı müşahidə edilib. Qar yağışı Bakıya ən yaxın ərazidə yerləşən Xızıda da qeydə alınıb.  

Xızı sakinlərindən Bizim.Media-ya verilən məlumata görə, axşam saat 18:00-dan etibarən iki günlük fasilədən sonra yenidən qar yağmağa başlayıb. 

Hazırda Xızı şəhərində qarın hündürlüyü 30 sm-dən çoxdur. Bölgənin dağlıq ərazilərində də qarın yağdığı müşahidə edilir.

Diaspora