İcra başçısı Novruzu Şaxta baba ilə qeyd etdi - FOTO

İcra başçısı Novruzu Şaxta baba ilə qeyd etdi - FOTO backend

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Yeni il bayramıyla Novruz bayramını səhv salıb.

Qaziler.az Bakupost.az-a istinadla xəbər verir ki, başçının təşkil etdiyi Novruz şənliyinə Şaxta baba dəvət olunub.

Fotolardan görünür ki, Novruz tonqalı ətrafında dövrə vuranlar arasında özünə yer edən Şaxta baba Keçəlin əlindən tutub rəqs edir.

Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir.

Novruz tonqalı ətrafında tədbirə tamaşa edən və əl çalanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da var.

Xatırladaq ki, R.Cəlilov 14 sentyabr 2021-ci il tarixində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Diaspora