Vergilər Nazirliyinin elektron kitabxanasının yeni funksiyası işə salınacaq

Vergilər Nazirliyinin elektron kitabxanasının yeni funksiyası işə salınacaq backend

Yaxın günlərdə Vergilər Nazirliyinin elektron kitabxanasının yeni funksiyası olan “Onlayn təlim” sistemi ilə təlimlərin keçirilməsinə başlanılacaq.


Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə elektron kitabxananın “Onlayn təlim” sistemi ilə təlimlərin təşkili qaydaları təsdiq edilib. Qaydalar vergi əməkdaşlarının təlim tələbatlarının elektron təhsil texnologiyaları əsasında qarşılanması, təlimlərin əhatə dairəsinin daha da genişləndirilməsi, əməkdaşlara iş yerindən ayrılmadan və səmərəli şəkildə təlimləri izləmək imkanının yaradılması məqsədilə hazırlanıb.

“Onlayn təlim” sisteminin tətbiqi innovativ texnologiya əsasında interaktiv təlimlərin təşkilinə, yerli və xarici mütəxəssislərin təlim prosesinə distant şəkildə təlimçi qismində cəlb olunmasına, vergi əməkdaşlarının fərdi hazırlığına və inkişafına imkan yaradacaq.

Təlim prosesinə qeyri-məhdud sayda iştirakçılar cəlb ediləcək, dinləyicilər üçün isə təlim materiallarının qabaqcadan öyrənilməsi mümkün olacaq.
Diaspora