Bakıda Novruz tədbirləri olmayacaq - Meriya

Bakıda Novruz tədbirləri olmayacaq -  Meriya backend

Novruz bayramı münasibətilə paytaxt ərazisində kütləvi tədbirlər keçirilməyəcək.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

“COVİD-19 pandemiyasına yoluxma sayının azalmasına baxmayaraq, mövcud epidemioloji şərait nəzərə alınaraq Bakı şəhərində Novruz bayramı ilə bağlı kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb”, - açıqlamada qeyd olunub.