“Qarabağ qaziləri” birliyində “Hüquqi Yardım Mərkəzi” fəaliyyətə başlayıb

“Qarabağ qaziləri” birliyində “Hüquqi Yardım Mərkəzi” fəaliyyətə başlayıb backend

Qarabağ qaziləri  ictima birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsinin icrasını davam etdirir.

Bu barədə “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verir. Onun sözlərinə görə, bu il fevralın 1-dən başlayan,3 ay davam edəcək layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaqdır.

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi”yaradılıb. Artıq xeyli müraciətlər var. Eyni zamanda, “Bunları bilmək vacibdir” adlı Qarabağ əlillərinin, veteranlarının və şəhid ailələrinin hüquqları əks olunan broşur hazırlanıb paylanır.”- deyə, A.Əliyev bildirib.

O, qeyd edib ki, layihə bitəndən sonra qaldırılmış bir çox problemlər və onların həlli üçün müvafiq dövlət qrumlarına müraciət olunacaq.

Diaspora