Azərbaycanda icra başçısının köməkçisi saxlanıldı - FOTO

Azərbaycanda icra başçısının köməkçisi saxlanıldı -  FOTO backend

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən “Report”a məlumatı təsdiqləyiblər.

Onun nə üçün saxlanıldığı açıqlanmır.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.

Diaspora