Göyçay rayonunun daha 9 kəndinə təbii qaz veriləcək

Göyçay rayonunun daha 9 kəndinə təbii qaz veriləcək backend

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qazla təmin olunması istiqamətində işlər davam edir.



AZƏRTAC xəbər verir ki, hazırda rayonun 9 kəndinə qaz çəkilir. Hüngütlü kəndində 162, Aşağı Qaraməryəm kəndində 222, Şıxəmir kəndində 72, Qaraman kəndində 202, Xəlitli kəndində 335, Dövranlı kəndində 82, Alxasafa kəndində 220, Çaxırlı kəndində 713 və İnçə kəndində 958 abonentin təbii qazla təmin olunması nəzərdə tutulur. Həmin yaşayış məntəqələrində müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz borularının çəkilişi həyata keçirilir. Yaxın günlərdə isə sayğacların quraşdırılması işlərinə başlanılacaq və ilin sonunadək sakinlərə “mavi yanacaq” veriləcək. Bununla da rayonda ümumi abonentlərin 67 faizi təbii qazla təmin ediləcək.

Xatırladaq ki, cari ildə rayonun 4 kəndinə təbii qaz verilişi bərpa edilib. İndiyədək Göyçay şəhərində və 22 kənddə 16 min 57 mənzil qazlaşdırılıb. Hazırda rayonda ümumi abonentlərin 63 faizi təbii qazdan istifadə edir.
Diaspora