Azərbaycanda Komitə sədrinin qardaşı olan prokuror işdən ÇIXARILDI - FOTO

Azərbaycanda Komitə sədrinin qardaşı olan prokuror işdən  ÇIXARILDI - FOTO backend

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzər Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Diaspora