Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilib. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.
Qaziler.az xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılıb.
Təyyarə saat 09.00-da havaya qalxıb.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.









