Sumqayıtda quyuya düşmüş şəxs xilas edilib. QAZİLER.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində 1 nəfər quyuya düşüb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 6 m olan quyuya düşüb. Xilasedicilər vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:52-də başa çatıb.6 metrlik quyuya düşən şəxs xilas edildi

