Şahdağda qarın hündürlüyü 30 santimetrə çatıb - FAKTİKİ HAVA

Şahdağda qarın hündürlüyü 30 santimetrə çatıb -  FAKTİKİ HAVA backend

Azərbaycanda martın 11-i saat 12:00-a olan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Yağıntının miqdarı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Diaspora