Mart ayında keçirilməsi nəzərdə tutulan “Şuşa” komandasının oyunu təxirə salınıb.
Bu barədə Lent.az-a “Şuşa” Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüsser Müşfiq Abbasov bildirib. O qeyd edib, çempionat may ayında baş tutacaq:
“Məlum məsələlərə görə oyunumuz mart ayından may ayına keçirilib. Tək bizim tədbirimiz yox, Ruysiyada mart-aprel aylarında baş tutacaq bütün tədbirlər təxirə salınıb”.
Xatırladaq ki, yanvar ayında Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KVN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi geniş müzakirələrə səbəb olmuşdu.
Bu müzakirələrdən sonra Müşfiq Abbasov bildirmişdi ki, Maslyakov oyunu bəyənib:
“Görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız “Şuşa” olmasa, biz oyuna davam etməyəcəyik. Mart ayında Sankt-Peterburqda baş tutacaq 1/8 finalda “Şuşa” adı ilə oyuna çıxacağıq”