Macar ixracatçıları Avropa İttifaqının bazarlarına güvənirlər

Macar ixracatçıları Avropa İttifaqının bazarlarına güvənirlər backend

Macarıstanlı istehsalçıların təqribən 98 faizi öz xidmətlərini və mallarını Avropa İttifaqı ölkələrinə ixrac edir. “Global Financial Services” cəmiyyətinin yaydığı məlumata görə, kiçik və orta biznes sahəsində ixracla məşğul olan subyektlər arasında başqa bazarlara çıxmağa cəsarət edənlərin sayı bu subyektlərin ümumi sayının dörddə bir hissəsindən də azdır. Eyni zamanda Macarıstandan ixracın həcmi fasiləsiz artır. 2014-cü ildə bu artım 14 faiz olub. Həmin məhsulların təqribən 50 faizini kiçik və orta firmalar təmin edir.



Kiçik və Orta Sahibkarlar Assosiasiyası tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, ixracatçıların 62 faizi debitorların öz öhdəliklərini vaxtında yerinə yetirməməsi ilə bağlı problemlərlə üzləşir. “Global Financial Services” cəmiyyətinin mətbuat xidməti bildirib ki, bu cür hallar çox vaxt Qərbi Avropadakı tərəfdaşlarla bağlı olur.
Diaspora