Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən bir qrup qadınların arasında Aprel döyüşlərində şəhid olan Sənan Axundovun xanımı Nəcibə Axundova da var.
Qaziler.az bildirir ki, Prezidentin sərəncamı ilə təltif edilən N.Axundova 2016-cı il aprelin 18-i Lələ təpə strateji nöqtəsində olan zaman minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.




