Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az xəbər verir ki, “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.
Xatırladaq ki, S.Alızadə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir.

