Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb. O bu gün İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılıb.
“Azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur”.
Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib:
“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi.