Azərbaycan sərhədçilərindən təntənəli tədbir: hərbi rütbələr, orden və medallar təqdim olundu

Azərbaycan sərhədçilərindən təntənəli tədbir: hərbi rütbələr, orden və medallar təqdim olundu backend

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətində təntənəli tədbir keçiril­ib. DSX-dan Lent.az-a verilən məlumata görə, rəhbərlik və şəxsi heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. İlk sərhədçi milli qəhrəman Eldar Məmmə­do­vun məzarı ziyarət edilib.

Sonra Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin ildönümü münasibəti ilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti əməkdaş­ları­­­­­­nın peşə bayramı münasibətilə avqust ayının 17-də imzaladığı sərəncamlardan irəli gələn böyük ruh yüksəkliyi ilə keçən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək vətənimizin sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik edib.

Heydər Əliyevin müəy­yənləşdirdiyi milli sərhəd strategiyasını uğurla həyata keçirən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin günü-gündən möhkəmlənməsi, iqtisadi, siyasi və hərbi qüdrəti­mi­zin durmadan artması, vətənimizin hüdudlarının etibarlı şəkildə qorunması qeyd edilib.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnika­nın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanıb.
Tədbirdə ali hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif edilib.
Diaspora