Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi backend

Prezident İlham Əliyev İndoneziyanın prezidenti Coko Vidodoya başsağlığı verib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Diaspora