Qənirə Paşayeva gənclərə çağırış etdi

 Qənirə Paşayeva gənclərə çağırış etdi backend

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə gənclərə çağırış edib

 

Qaziler.az bildirir ki, Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, ADU-nun rektoru Kamal Abdulla və Nəfəs İB-nin rəhbəri Firəngiz Balakişiyeva iştirak ediblər.

 Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, Pakistan Azərbaycan üçün sadəcə dost deyil, qardaş ölkədir: “Azərbaycan Pakistanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Pakistan Türkiyədən sonra Qarabağ müharibəsi zamanı Azərbaycana bütün beynəlxalq platformalarda ən çox dəstək vermiş ikinci dövlətdir”.

Çıxışında yaxın zamanlarda Pakistanın ali təhsil müəssisələrindən birində Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyatı mərkəzinin açılacağını deyən komitə sədri Q.Paşayeva gənclərə çağırış səsləndirib. O bildirib ki, hər iki qardaş ölkə gəncləri mövcud bütün platformalarda bir-birinə dəstək olmalıdırlar.

Daha sonra sərgidə əsərləri nümayiş olunmuş müəlliflərin mükafatlandırılma mərasimi keçirilib.

Diaspora