Sabahın havası - Çətir götürün

Sabahın havası - Çətir götürün backend

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Diaspora