Yay ərzində 67 nəfəri gün vurub

Yay ərzində 67 nəfəri gün vurub backend

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı 67 nəfər olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a bildirib ki, onlardan 23 nəfərə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilərək evlərinə buraxılıblar.

Müraciət edənlərin əksəriyyəti orta yaşlı vətəndaşlar olub.
Diaspora