Rusiya hərbçiləri Zaporojye AES-i ələ keçirməyə çalışır

Rusiya hərbçiləri Zaporojye AES-i ələ keçirməyə çalışır backend

Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə çalışır.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

"Ərazi üzrə nümayəndələr və yerli sakinlər Enerqodara gedən yolu bağlasalar da, iki tank şəhərə yaxınlaşıb. Onlar müdafiəni yarmağa cəhd edir”, - məlumatda deyilir.

Eyni zamanda, Rusiya hərbçilərinin atıcı silahlardan xaotik şəkildə atəş açdığı deyilir.

"Həmçinin onlar stansiyaya gedən yola çıxmaq üçün mühəndis maneələrini sındırmağa çalışırlar", - polis bildirib.

Diaspora