Sabah ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatacaq. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 14-dən başlanan ixtisas seçimi prosesi sabah saat 24:00-da bitəcək.
Sabah həmçinin tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 14-dən 19-dək internet vasitəsilə aparılan ixtisas seçimi yekunlaşacaq.Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.