Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qətimkan tədbiri seçib.
Trend-in məlumatına görə, bu gün, martın 2-də məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının general Nizami Məmmədovun barəsində vəsatətinə baxıb.
Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.
Vəsatət təmin edilərək Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.