“Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kün Azərbaycanda səfərdədir

“Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kün Azərbaycanda səfərdədir backend

Minaların təmizlənməsi və müharibədən zərər çəkmiş ərazilərin yenidənqurulması və bərpasına həsr olunmuş “Sülhün Kökləri” humanitar təşkilatın təsisçisi və rəhbəri Haydi Künün Azərbaycana səfəri başlayıb. 

Ednews xəbər verir ki, o, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə artıq ölkəmizdədir. 

Qeyd edək ki, Haydi Kün sülh təşəbbüsləri və mina qurbanlarının cəmiyyətə yenidən inteqrasiya olmasına yönəlmiş proqramları ilə tanınan, minalara qarşı mübarizə aparan aparıcı şəxslərdən biridir. 

Xatırladaq ki, “Sülhün Kökləri” təşkilatı indiyədək 8 ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın çıxarılmasına nail olub, eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək verib. Onun minalarla çirklənmiş əraziləri üzüm bağlarına çevirən “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib. Bu təşəbbüs, Əfqanıstandan kənd təsərrüfatı məhsulları ixracının 2014-cü ildə əldə edilən 250 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə böyük töhvə verib.

Haydi Künün səfərinin əsas məqsədi ölkədəki mina problemləri ilə yaxından tanış olmaq, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verməkdir.

Səfər zamanı xanım Kün dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, mina qurbanları, KİV və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Diaspora