Xocalıya həsr olunmuş “30 ilin yarası” adlı videoçarx

Xocalıya həsr olunmuş “30 ilin yarası” adlı videoçarx backend

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl işlər aparılır. Xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”- in təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “30 ilin yarası” (The wound of 30 years) adlı videoçarx ərsəyə gətirilib. Videoçarxda dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsinə dair həqiqətləri səsləndirmiş, qısa video kadrlar vasitəsilə orada baş vermiş hadisələri dünya ictimaiyyətinə çatdırmışdır.

Videoçarxı Azərbaycan Diasporuna Dəstək Fondunun və “Azerbaijan Society Team”in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.

“Azerbaijan Society Team”- in sosial şəbəkə hesablarından əlavə məlumat əldə edə bilərsiniz.

Facebook: https://m.facebook.com/azerbaijansocietyteam/

Instagram: https://instagram.com/azerbaijansocietyteam?igshid=vxkn8cmzk02n

Web sayt: https://www.azerbaijansocietyteam.com/

Diaspora