Qarabağ qaziləri "Ana fəryadı" abidəsini ziyarət etdilər - FOTO

Qarabağ qaziləri "Ana fəryadı" abidəsini ziyarət etdilər -  FOTO backend

Bu gün "Qarabağ qaziləri" ictimai birliyinin rəhbərliyi və birlik üzvləri Xocalı Soyqırımının ildönümü ilə əlaqədar Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucladılmış "Ana fəryadı" abidəsini ziyarət ediblər. 

Qaziler.az bildirir ki, ziyarətçilər abidənin önünə əklil qoyub, Xocalı şəhidlərinin ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edən "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni vəhşilərinin Qarabağdakı 366-cı alayının köməyi ilə Xocalı soyqırımını törətdiyini, bu soyqırıma görə Ermənistan və Rusiyanın o vaxtkı hakimiyyətinin məsuliyyət daşıdığnı vurğulayıb.

Asəf Əliyev eyni zamanda bildirib ki, Azərbaycan dövləti, xalqı ordu ilə birlikdə 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük müharibə zamanı Xocalı soyqırımını törətmiş bir qrup erməni hərbçisini məhv edib: "Xocalı şəhidlərinin qisası alınıb".

Asəf Əliyev çıxışı zamanı onu da bildirib ki, 44 günlük müharibə, düşmən üzərində qələbə Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində baş verib. "Ölkə rəhbəri xalqımızın birliyini təmin edib Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyini təmin edib" -deyə o, qeyd edib.

 

Diaspora