Rusiyada müharibə etirazçıları saxlanılıb - YENİLƏNİB - VİDEO

Rusiyada müharibə etirazçıları saxlanılıb -  YENİLƏNİB - VİDEO backend

Rusiyada Ukraynaya qarşı müharibəyə etiraz edən insanlar kütləvi şəkildə saxlanılır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq Moskvanın mərkəzindəki aksiyanın 600 iştirakçı saxlanılıb.

Onların razılaşdırılmamış kütləvi tədbir keçirdikləri və ictimai asayişi pozduqlarına görə saxladıqlarını bildirilib.

22:30

Rusiya əhalisi Ukraynaya qarşı hərbi əməliyyatlara etiraz edir.

Müvafiq videonu “Caliber” yayıb.

Görüntülərin ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda qeydə alındığı bildirilib.

Həmçinin, sosial şəbəkələrdə paytaxt Moksvada da analoji tədbirlərin keçirildiyi barədə videolar yayılıb. (oxu.az)

Diaspora