Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş olub

Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş olub backend

COVID-19 pandemiyası dövründə Azərbaycanda icra olunan geniş miqyaslı sosial dəstək paketi üzrə ölkə əhalisinin 48 faizinə və ya 4,8 milyon nəfərə dəstək göstərildi. Ümumilikdə son dörd ildə ölkədə reallaşdırılan üç sosial islahat paketi üçün əlavə olaraq illik 6 milyard manat vəsait ayrılıb.

 

Qaziler.az bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. O, ölkəmizdə ardıcıl  xarakter alan sosial islahatların 2022-ci ildə də davam etdiyini, bu ilin əvvəlindən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə növbəti artımlar edildiyini vurğulayıb.

 

Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin kiçik biznesə sahib olmalarına dəstək göstərilməsi işləri diqqətə çatdırılıb. Azərbaycanın əmək bazarında mövcud vəziyyət barədə məlumat verilib. 2018-ci ilə nisbətən ölkəmizdə minimum əmək haqqının 2,3 dəfə, orta aylıq əmək haqqının 35 faiz, median əmək haqqının 74 faiz artdığı bildirilib.

 

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər qeyd edilib. Son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verdiyi  vurğulanıb.

 

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Çad Şteyinberq və missiyanın digər üzvlərinin fikirəri dinlənilib.

 

Görüşdə əmək bazarı, məşğulluq sahələrində həyata keçirlən islahatlara, koronavirus pandemiyasının təsirlərinin azaldılması ilə bağlı görülmüş tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Diaspora