Alimlər bildirir ki, yağların, həmçinin heyvani yağların insan orqanizminə hər hansı ziyanı haqda sübut yoxdur.
“Open Heart” jurnalının araşdırmasına görə, ürək xəstəlikləri riskini azaltmaq üçün pendirin, yağların, o cümlədən, heyvani yğların istifadəsinin azaldılmasına ehtiyac yoxdur. Çünki əvvəllər deyilənlərin əksinə olaraq bu, isbat olunmayıb.İndi alimlər inandırır ki, bu tövsiyələr üçün əsaslı dəlil yox imiş. Bundan başqa, səhiyyə təşkilatları yağları ən zərərli qida tərkibi kimi göstərsələr də karbohidratların istifadəsinin qəfil piylənmə yaratdığına diqqət yetirməyiblər.