Məşhur fransız bəstəkarın “613” əsəri Nitsada ifa olunacaq - VİDEO

Məşhur fransız bəstəkarın “613” əsəri Nitsada ifa olunacaq -  VİDEO backend

Bu axşam Fransanın Nitsa şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar məşhur fransız bəstəkar Pierre Lottinin “613” əsəri ifa olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan diaspor nümayəndələri və Fransa vətəndaşları iştirak edəcək.

Hazırda Nitsada olan Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva açıqlamasında konsertə hazırlıqla bağlı “Diaspor TV”yə məlumat verib.

Diaspora