İctimai Birlik yeni layihənin icrasına start verib

İctimai Birlik yeni layihənin icrasına start verib backend

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tariximizi yazan qəhrəmanlarımızın gənclər arasında təbliği” adlı layihənin icrasına start verib. 

İB-dən 525.az-a verilən məlumata görə, dörd ay ərzində həyata keçiriləcək layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasından ibarətdir.

Bakı şəhəri, Ağdam, Bərdə və Tərtər rayonlarında icrası həyata keçiriləcək layihənin iştirakçıları yeniyetmə və gənclər olacaq. Keçiriləcək görüşlərdə Qarabağ döyüşlərinin iştirakçıları, ehtiyatda olan hərbçilər və yerli rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Dəvət olunan qazilər və ehtiyatda olan hərbçilər şəhid olan döyüş yoldaşlarının, eləcə də özlərinin keçdikləri döyüş yolundan, zəfər tariximizə gedən şərəfli yoldan danışacaq, artıq cəmiyyət üçün məxfi sayılmayacaq uğurlu tapşırıqlar, keçdikləri döyüş yolları haqqında gənclərimizə məlumat verəcəklər. 

Keçirlən görüşlər KİV-də və sosial şəbəkələrdə geniş işıqlandırılacaq.

Diaspora