Xalq artistinin dəfn olunacağı yer dəyişdirildi

Xalq artistinin dəfn olunacağı yer dəyişdirildi backend

Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq artistinin ailəsi K.Cəlilovun Bilgəh kənd qəbiristanlığında həyat yoldaşının yanında torpağa tapşırılacağını bildirmişdi. 

Diaspora