Astarada narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı tədbir keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir.
Avqustun 15-də DQİDK-nın dəstəyi ilə Astara rayonu Şahağac kənd məscidi dini icmasının "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə" adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara rayonu Şahağac kənd məscidi dini icmasının sədri Hacı Nazim Əsədov, müstəqil ekspert qismində ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Astara rayon İcra Hakimiyyətinin Şahağac ərazisi üzrə nümayəndəsi Seyran Novruzov, Şahağac bələdiyyəsinin sədri Elçin Əsədullayev, Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov, dini icmanın üzvləri Nəcəf Quliyev, Famil Abdullayev, İltifat Həsənov və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbirdə Hacı Nazim Əsədov "Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu", İltifat Həsənov "Narkomaniya və zərərli vərdişlərə aludə olmuş gənclərin bu kimi hallardan uzaqlaşdırılması yolları", Famil Abdullayev "Gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi", Aslan Həbibov "İslam dini insan sağlamlığına zərər vuran vasitələrin əleyhinədir" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.