Son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb backend

Onların mühüm hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirlikdə məlumat verilib. 

Həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
 
Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir. Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

Diaspora