Qarabağ qazisi kapitan Qorçiyev vəfat edib - FOTO

Qarabağ qazisi kapitan Qorçiyev vəfat edib -  FOTO backend

Goranboy rayonunun Gülzallar kəndində doğulan 10 aprel 1969-cu il təvəllüdlü Qarabağ qazisi Qorçiyev Cəfər Kəniş oğlu dünyasını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə qazinin yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, dializ xəstəsi olan qazi uzun müddətdir ki, müalicə alırmış. Son 3 gün reanimasiyaya yerləşdirilsə də, 52 yaşlı qazinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, kapitan Cəfər Qorçiyev 701 saylı hərbi hissəsin tərkibində Goranboy və Kəlbəcər istiqamətində erməni işğalçılarına qarşı döyüşüb. Ağdam uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb və bir ayağını, bir qolunu itirib. 

Allah rəhmət eləsin!

Diaspora